Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Azərbaycanla sərhədyanı bölgələrdən xəbər yaymaq yasaqlanıb



Newscenter.az.11.02.2021. Ermənistanın Azərbaycanla sərhədyanı Sünik vilayətinin rayonları barədə məlumat yazmaq üçün Milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə alınmalıdır.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

“KİV-in müdafiəçisi” təşkilatı bu qərarı azad sözün boğulması olaraq qiymətləndirib. Təşkilat bildirib ki, MTX söz azadlığını məhdudlaşdırmaqla Ermənistan vətəndaşlarının informasiya almaq kimi konstitusiya hüququndan məhrum edir.
Xəbəri paylaş