Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub



Newscenter.az.17.02.2021. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək.

“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.
Xəbəri paylaş