Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayda antisanitar şəraitdə işləyən çörək sexi aşkarlandı



Newscenter.az.6.04.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Orxan
Xəbəri paylaş