Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək qaz təsərrüfatına ziyan vurub



Newscenter.az.6.04.2021. Bu gün səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev deyib ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb:

"Əməkdaşlarımız hadisə yerindədir, operativ tədbirlər görülür. Güclü kələklə bağlı mobil qruplarımız bütün ərazilərdə iş başındadır".

Sevinc
Xəbəri paylaş