Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin təfərrüatı məlum oldu



Newscenter.az.6.04.2021. “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən '"Report"un sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş