Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İƏT Baş katibinin müavini: "Azərbaycana yaxından dəstək olmağa çalışacağıq"



Newscenter.az.6.04.2021. "Azərbaycan hökumətinə bizə belə fürsət tanıdığı və bura dəvət etdiyi üçün təşəkkür etmək istərdim. Terror hadisələrini öz gözümüzlə görə bilirik. Digər tərəfdən, Azərbaycan hökuməti və xalqını belə bir zəfərə nail olmaları münasibətilə ürəkdən təbrik edirəm. Müharibədə həyatını itirmiş qardaş və bacılarımıza, mülki şəxslərimizə görə dualar edirik. Allahdan onları Firdevs cənnəti ilə mükafatlandırmasını diləyirik. Onların qanları yerdə qalmayıb, torpaqlar azad edilib".

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"İƏT olaraq, siyasi müstəvidə Azərbaycanı hər zaman müxtəlif qətnamələr vasitəsilə dəstəkləməyə çalışmışıq. Eyni zamanda BMT-nin Azərbaycan lehinə qətnamələr qəbul etməsi üçün əlimizdən gələni əsirgəməmişik. Çox xoşbəxtik ki, Azərbaycan, nəhayət, öz torpaqlarını erməni təcavüzkarlarından xilas edib", - o qeyd edib.

İƏT Baş katibinin müavini bildirib ki, artıq sülh daimi məsələyə çevrilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, öz sevdiklərinə qovuşmalıdırlar: "İƏT olaraq, hər zaman Azərbaycana bütün bərpa və yenidənqurma işlərində humanitar və iqtisadi formada yaxından dəstək olmağa çalışacağıq. Növbəti səfərimizdə bütün dağıdılmış ərazilərin bərpa olunan formada görmək istərdik. Əraziləri yenidən qurması üçün Azərbaycan hökumətinə və xalqına müdriklik, güc və sərvət, Azərbaycan xalqına isə rifah və hüzur arzulayırıq".
Xəbəri paylaş