Newscenter.az.6.04.2011. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə verdi. Bu müsahibəni necə qiymətləndirmək lazımdır və bu kimə mesajdır?
Aydındır ki, özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Köçəryandan müsahibə götürüb. Kreml bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Köçəryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Köçəryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır.
O ki qaldı, Köçəryanın Qarabağla bağlı söylədiklərinə, reallığı ortaya qoyub. O deyib ki, Ermənistan inidiki halıyla itirdiyi əraziləri gerı qaytara bilməyəcək. Buna baxmayaraq, Köçəryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri