Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt sakinlərindən narkotik vasitə və psixotrop maddələr götürüldü



Newscenter.az.6.04.2021. Yasamal rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal Səmədov saxlanılıb.

Newscenter.az DİN-ə istinadən xəbər verir ki, onun üzərinə və avtomobilinə baxış zamanı 26 büküm narkotik vasitə heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı Vüsal Səmədova narkotik vasitələri satan vətəndaş Emin Niftalıyev də tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 10 qram heroin, 14 qram metamfetamin, Səbail rayonunda yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 566 qram heroin, 506 qram metamfetamin, 33 qram tiryək və 60 ədəd psixotrop maddə metadon həbi aşkar olunaraq götürülüb.

Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hal-hazırda istintaq tədbirləri davam etdirilir.

Mehman
Xəbəri paylaş