Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda narkotikin onlayn satışı ilə məşğul olan şəxs saxlanıldı-VİDEO



Newscenter.az.6.04.2021. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşad Quliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram 10 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Elşad Quliyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb və sosial şəbəkələrdə satışını təşkil etmək istəyib.

Saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elşad Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş