Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramin Quluzadənin Ramiz Mehdiyev sevgisi-SƏBƏB-ARAŞDIRMA



Newscenter.az.6.04.2021. Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda AMEA-ya prezidentlik edən Ramiz Mehdiyev yenidən gündəmdədir.

Ali hakimiyyət rəhbərliyindən uzaqlaşdırılsa da dövlət strukturlarına təsir imkanlarını saxlayan sabiq PA rəhbəri zaman-zaman hakimiyyəti təhdid və şantajları ilə də hədəfə məruz qoyur.

Hakimiyyətdə yüksək vəzifə tutdugu müddət ərzində qohum-əqrabasını dövlət orqanlarına yerləşdirilən Ramiz Mehdiyevin həmin adamları son zamanlar bu strukturlardan yola salınır.

Bu prosesdə isə bir məqam gözdən yayınmayıb. Belə ki, hələ də Ramiz Mehdiyevə sevgi bəsləyən, onun yaxınlarını himayə edən məmurlar var.

Onları "boz kardinal"dan çəkindirən məqam isə nədən ibarətdir, bunu yəqin ki, özləri bilir.

Azərbaycanın Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə də belələrindəndir.

Bu o Ramin Quluzadədir ki, ilk dəfə nazir kimi təyinatından sonra Ramiz Mehdiyev öz qəbulunda onu ələ salmışdı. Çünki, bu təyinat Mehdiyevin iradəsindən kənar idi.

Xatırladaq ki, nazir təyinatına qədər heç bir yüksək vəzifə tutmayan Ramin Quluzadəyə Ramiz Mehdiyev "eşitmişəm, böyük kollektivlə çalışmısan, sənin sektorunda neçə nəfər çalışırdı" deyə ona sual edir.

"4 nəfər" cavabını eşidən Mehdiyev bu dəfə Ramin Quluzadəni ələ salmaqdan da çəkinmir. Belə ki, ona "səninlə 4 nəfər idi, ya sənsiz" deyə sual edən Ramiz Mehdiyev cavab gözləmədən "get-get, görək, ortaya nə çıxaracaqsan" deyə yeni naziri ilk günündə "sındırır".

Görünür, Ramin Quluzadə nazir kimi çalışdığı dönəm ərzində Ramiz Mehdiyevin bu kinayəli sözlərinin təsirindən çıxa bilməyib.

Mehdiyev "vurulandan" sonra da onun qohum -əqrabası nazirlikdə çalışmağa davam etdi.

Bu şəxslərdən biri də nazirlikdə yüksək vəzifə tutan Zahid Mehdiyev idi. Hətta Ramiz Mehdiyevin bir aralar ali hakimiyyəti açıq şantajla hədələməsi də Ramin Quluzadənin "tükünü tərpətmədi".

Baxmayaraq ki, həmin dövrdə bir sıra nazirlər öz tabeçiliklərində çalışan mehdiyevləri kənarlaşdıra bildi.

Ramin Quluzadədən sonra nazir postuna gətirilən Rəşad Nəbiyev Zahid Mehdiyevi dərhal kənarlaşdırdı.

Hazırda Prezidentin İşlər İdarəsinin rəisi olan Ramin Quluzadə bu gün də eyni əməli davam etdirir.

Uzun illər Ramiz Mehdiyevin əsas qələm tutanlarından biri olan "Səs" qəzetinin sabiq baş redaktoru Ağabəy Əsgərov bu gün də "Azərbaycan" Nəşriyyatının direktorudur.

Qeyd edək ki, "Azərbaycan" Nəşriyyatı Prezidentin İşlər İdarəsinin tabeçiliyindədir.

Görəsən, Ramiz Mehdiyev hakimiyyətə daha hansı təhdidləri yağdırmalıdır ki, Ramin Quluzadə məhşur mehdiyevçi Ağabəy Əsgərovu kənarlaşdırsın.

Ağabəy Əsgərov isə Ramiz Mehdiyev vəzifədə olduğu kimi öz işinin başındadır. Nəşriyyatın mövcud acınacaqlı durumundan isə danışmaq isə ayrıca müzakirənin mövzusudur.Gununsesi.info
Xəbəri paylaş