Newscenter.az.7.04.2021. Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.
Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, deputatımız TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək.
Səfər aprelin 14-də başa çatacaq.
Sevinc