Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada COVID-19 xəstəsi saxlanıldı



Newscenter.az.7.04.2021. Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Quba rayonu Barlı kənd sakini Elşən Abdullayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

E.Abdullayev kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Həmin şəxs barəsində Quba RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Xəbəri paylaş