Newscenter.az.7.04.2021. Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, Gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.
Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.
Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.