Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi müasir tarixin ən əlamətdar günlərindən biri oldu

Şuşa Bəyannaməsi müasir tarixin ən əlamətdar günlərindən biri oldu


Ümummilli Lider Heydər Əliyev öz müdrik kəlam ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin vəTürkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, bu dostluğun çox dərin kökləri var. Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, din birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması xüsusi qeyd edilməlidir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində hər zaman bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər, sevincli, kədərli günlərini birgə paylaşıblar. 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir. Qardaş ölkə bu müharibə dövrü ərzində Azərbaycanı həm dövlət, həm xalq birmənalı olaraq bütün platformalarda müdafiə etdi, siyasi və mənəvi dəstək nümayiş etdirdi. 44 günlük müharibədən sonrakı dövrdə də bu dəstək hər addımda özünü göstərdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük Qələbəmizdən sonra Bakıda keçirilən möhtəşəm hərbi paradda iştirakı bütün dünyaya bir daha Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz olduğunu sübut etdi. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanması müasir tarixinin ən əlamətdar günlərindən biri oldu.

Açıq şəkildə demək olar ki, tarixi Bəyannamədə strateji əhəmiyyətli bütün məsələlər öz əksini tapdı. Belə ki, ticarət və iqtisadiyyat sahəsində, mədəniyyət, təhsil və gənclər siyasəti məsələlərində əməkdaşlığı nəzərdə tutan bu bəyannamə eyni zamanda hərbi müddəaları da özündə əks etdirdi. Bəyannamə ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi. Hərbi tərəfdaşlıq beynəlxalq hüquq çərçivəsinə əsasən qəbul edilmişdir, yəni bu o deməkdir ki, Türkiyə-Azərbaycan İttifaqı hər hansı üçüncü ölkəyə qarşı deyil, sadəcə öz təhlükəsizlikləri üçündür. Bəyannamədə habelə, hərbi sənaye barədə olan bənddə birgə hərbi müəssələrin yaradılması, ən müasir hərbi texnologiyaların ortaq istehsalı barədə maddələr qeyd edilmişdir.

Qalib xalqın qalib nümayəndələri olaraq zəfərin ən önəmli hərbi-siyasi nəticələrindən sayılan Şuşada imzalanan müttəfiqlik bəyannaməsi bu günü tarixdə yadda qalan günlərdən etdi. Bu bəyannamə Türkiyə-Azərbaycan münasibətlərinin bütün siferalarını özündə birləşdirmək onu keyfiyyətcə yeni mərhələyə daşıdı. Bəyannamədə qarşıya qoyulan digər məsələlərdən biri də geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələridir. Məhz burada Zəngəzur dəhlizinin açılması barədə çox aydın ifadələr öz əksini tapıb. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə deyil, həm də region üçün çox böyük əhəmiyyətə malikdir və bununla bağlı ayrı bir maddənin olması təsadüfi deyildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə xüsusi qeyd etmişdir : "Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq".

Müttəfiqlik bəyannaməsində digər qarşıya duran məsələ beynəlxalq əhəmiyyət kəsb edən layihələrdir. Bu məsələ artıq yeni, sinxron daha səmərəli və daha operativ fəaliyyət tələb edir. Bununla əlaqədar yeni diaspora fəaliyyəti və media platforması məsələləri də qarşıya qoyuldu. Beləliklə əminliklə söyləyə bilərik ki, Azərbaycan-Türkiyə əməkdaşlığının yeni zirvəsi sayılan Şuşa Bəyannaməsi regionumuzun geopolitik simasını yenidən dizayn edəcəkdir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova
Xəbəri paylaş