
Bizə Ermənistanda hansı partiyanın daha çox səs toplaması və hakimiyyəti təkbaşına formaladırması yox, parlament böhranının olması lazımdır. Sülh prosesində Ermənistan daha çox maraqlı olmalıdır nəinki biz. Paşınyana eşq-məhəbbətini bildirənlərə isə bir daha xatırladıram ki, Paşıyanın ritorikasının 2020-ci ildən sonra dəyişməsi səmimi peşmançılığın nəticəsi deyil, reallıqın diktəsidir. Onun əmri ilə Gəncəyə, Bərdəyə, Tərtərə və Azərbaycanın digər döyüş əməliyyatı zonasına daxil olmayan və hərbi təyinatlı obyektlərin olmadığı ərazilərə qadağan olunmuş silahlardan atəş asılıb, mülki insanlarımız, o cümlədən körpələr həlak olub. Bunu o edirdi ki, Azərbaycanın şəhərlərində panika yaransın, əhali Bakıya axmağa başlasın, hakimiyyətin başı qarşısın və mühairibədə dönüş yarada bilsin. Paşınyan da Ter Petrosyan, Köçəryan və Səkisyan kimi münaribə cianisidir. İndiyədək hələ real bir iş də görməyib. Zəngəzur yollları ilə bağlı he kağız üzərində belə plan yoxdu. Konstitusiya, bütün aidiyyatə qanunvericilikdə Azərbaycana qarşı ərazi iddası qalır.
Əgər onun vicdanı olsaydı heç olmasa 71 körpənin taleyi haqda bir etiraf edərdi. Mənim təmsil etdiyin QHT ki, BMT-nin 3 komitəsi Ermənistana belə tələb qoysun. Heç vecinə də almadı.
Mən indi bir hesabat hazırlayıram BMT-yə. Dəhşətə gəlirəm. Bizim körpə qızların başına nə oyunlar açıb bunlar? Ananın körpəsini zorla əlindan alıblar. Uşaqların orqanların çıxarıb satıblar.
Mən sülh proseslərinin fəal tərəfdarıyam, amma biz heç nəyi unutmamalıyıq. Paşınyan hazırda ordusunu ən müasir hücum silahları ilə təchiz etməkdədir. Orda elə bir partiya yoxdur ki, biz "o partiya qalib gəlsə yaxşı olar" deyə bilək. Karapetyan müharibə canisi olmasa da oyuncaqdır. Paşınyan da hələlik hamını aldatmaqla məşğuldu.
Sahib Məmmədov












































