Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-nun genişlınməsinin Azərbaycan üçün hansı təsirləri ola bilər?

NATO-nun genişlınməsinin Azərbaycan üçün hansı təsirləri ola bilər?


Rusiyanın Ukrayna təcavüzün izahı kimi sözsüz ki, NATO-nun genişlənmə siyasəti əsas səbəblərən hesab olunur. Rusiyanın başladığı müharibənin əks effektini Kreml bəlkə də bu qədər heç gözləmirdi və rusların bu təcavüzkar müharibəsi neytral dövlətləri də tərəf seçməyə məcbur etdi. Sözün əsl mənasında Putin hakimiyyəti Rusiya tarixinin son dövrünün ən böyük həm siyasi, həm də hərbi səhvini etdi və sözsüz ki, bu ölümcül səhvlər həm Putin hakimiyyəti və həm də Rusiya üçün təbii ki, nəticəsiz keçən deyil.

İsveç və Finlandiyanın NATO-ya qəbulu haqqında protokol iyulun 5-də imzalanacağı gözlənilir. Reallıqda isə İsveç və Finlandiyanın alyansa o vaxt qəbulu rəsmiləşə bilər ki, NATO üzvü olan bütün ölkələrin parlamentləri bu qərarı ratifikasiya etsinlər. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı etirazını geri götürsə də bu ölkələrin NATO-ya üzvlük məsələsi hələ ki, həll edilmiş sayıla bilməz. Türkiyənin razılığı ilə baş tutan Isveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi indiki vəziyyətdə NATO-nun, Türkiyə, Isveç və Finlandiyanın maraqlarının orta məxrəci kimi hər tərəfi qane edir. Ancaq unutmalı deyilik ki, Rusiya Türkiyəyə ümid edərək bu iki dövlətin NATO-ya üzvlüyünün baş tutmayacağına hesab götürmüşdü. Sözsüz ki, Moskva bu nəticəyə görə Türkiyəyə öz reaksiyasını göstərəcək, amma Rusiyanın Türkiyəyə demək olar ki, "NATO-ya yeni üzv" məsələsində analoji cavabı yoxdur. Təbii ki, Rusiya Türkiyəyə qarşı düşündüyü analoji cavabını Ermənistan Azərbaycan cəbhəsindən provakasiyalarla göstərməyə çalışacağı heç şübhəsizdir.
Deməli Ermənistan-Azərbaycan sərhədində və eləcə də Azərbaycanda rusların müvəqqəti məsuliyyət zonasında Xankəndi və ətraf ərazilərdə hərbi vəziyyətin gərginləşməsinə Azərbaycan tərəfi hazır olmalıdır. Ordumuzun hazır vəziyyətə gətirilməsi tapşırığı da məhz bu ehtimalların mümkünlüyünün yüksək olmasıdır. Sözsüz ki, ruslar son mümkün imkanlardan istifadə etməklə özünün varlığını göstərməyə və qorumağa çalışacaq. Ancaq Rusiya ümumi mənzərə və nəticəni dəyişə bilməyəcək.

Böyük Britaniya XİN-nin rəhbərinin Rusiya-Ukrayna arasında yeni Minsk razılaşmasının Rusiya üzərində yekun qələbəni mümkünsüz etdiyinə görə ona imkan verilmədiklərini qeyd edib. ABŞ-ın XİN-nin rəsmisi Con Kirbi də analoji fikri səsləndirməklə Rusiya üzərində hərbi qələbədən danışmışdır. Bütün bunlar prosesin Britaniya və ABŞ-ın istəyinin reallaşması mərhələsində olduğuna işarədir.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
Xəbəri paylaş