Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?


"Tələbə oxuduğu universiteti məhkəməyə verə bilər".

Newscenter.az xəbər verir ki, bunu vəkil Esmira Rzayeva deyib. O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ali təhsil müəssisələri hüquqi şəxs statusuna malikdir və onların fəaliyyətindən zərər çəkmiş fiziki şəxslər (o cümlədən tələbələr) öz hüquq və maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər:

"Məsələn, tələbənin təhsil haqqının əsassız artırılması, qiymətləndirmədə haqsızlıq, intizam tənbehlərinin qanunsuz tətbiqi və ya təhsil hüququnun pozulması hallarında məhkəmə müraciəti mümkündür".

Vəkilin sözlərinə görə, tələbənin universiteti məhkəməyə verməsi əsasən universitetin və ya onun rəhbərliyinin qanunları, müqavilə şərtlərini və ya tələbənin hüquqlarını pozması halında mümkündür.

Süleyman
Xəbəri paylaş