Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avrasiya geosiyasi məkanının tranzit və nəqliyyat-logistika mərkəzinə çevilir

Azərbaycan Avrasiya geosiyasi məkanının tranzit və nəqliyyat-logistika mərkəzinə çevilir


“Sirr deyil ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb və təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr reallaşdırılıb. Təsadüfi deyildir ki, Azərbaycanın yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Elə Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycanın dünyada 34-cü yerdə olması buna əyani sübutdur. Bir sözlə, bu gün Azərbaycan malik olduğu infrastrukturla və imkanlarla Avrasiya geosiyasi məkanının tranzit və nəqliyyat-logistika mərkəzinə çevilir”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib:

“Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin olduqca mühüm halqasıdır. Mütəxəssislərin hesablamalarına görə, bu dəhliz ilə Azərbaycan ərazisindən daşınan yüklərin birinci mərhələdə 3 milyon, ikinci mərhələdə 5-8 milyon, üçüncü mərhələdə isə15 milyon ton olması gözlənilir. Lakin bu gün Avropada mövcud olan müharibə şəraiti, Rusiya-Ukrayna qarşıdurması diqqəti Şərq-Qərb dəhlizinə yönəldir. Heç şübhəsiz ki, bu dəhlizin də aparıcı seqmenti Azərbaycandır. Çünki bu gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Həmçinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Eləcə də Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. O da qeyd edilməldir ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Bu da onunla əlaqədardır ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Məhz, Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq”.

“Bu gün Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan, xüsusilə də Zəngəzur dəhlizi bu ticarətin əsas mərkəzlərindən olmaqla ölkəmizə böyük gəlirlər gətirəcək: “Məlumdur ki, hazırda Çin dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul ixrac edir. Bu səbəbdən mallarını dünya bazarına ixrac etmək üçün yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüs irəli sürən Çinin “Bir kəmər, bir yol” strategiyası üzrə Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri “Şərq-Qərb nəqliyyat dəhlizi”dir ki, bu sahədə də Azərbaycan mühüm rol oynayır. Xüsusi olaraq deyilməlidir ki, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir. Bu isə yaxın gələcəkdə Azərbaycan böyük investisiyaların və maliyyənin daxil olmasına şərait yaradacaq”.

Ruhiyyə
Xəbəri paylaş