Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda "Mənəvi dəyərlər" həftəsi başlayıb

Qarabağda "Mənəvi dəyərlər" həftəsi başlayıb


Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər" həftəsi başlayıb.

Newscenter.az xəbər verir ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Öncə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbə və müəllim heyəti 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkib, burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər Zəngilan rayonu istiqamətində davam etdirilib, iştirakçılar şəhərdə yerləşən məscidi ziyarət ediblər. Ziyarət zamanı onlara məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və bərpa işləri ilə bağlı ətraflı məlumat verilib. Daha sonra tələbələr Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olublar.

Layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.

Mehman Mehdiyev
Xəbəri paylaş