Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan "Sülh Sammiti"nə dəvət alıb

Azərbaycan "Sülh Sammiti"nə dəvət alıb



Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat yayıb.

"Beynəlxalq "Şarm əl-Şeyxdə Sülh Sammiti" 13 oktyabr 2025-ci il, bazar ertəsi günortadan sonra keçiriləcək. Tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ prezidenti Donald Trampın həmsədrliyi ilə baş tutacaq və 20-dən çox ölkənin liderinin iştirakı ilə keçiriləcək", - ofisin saytında bildirilib.

Qeyd edək ki, Azərbaycan da Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.
Xəbəri paylaş