Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lalələr mahnısının sirri

Lalələr mahnısının sirri


İllərdir dinlənilən və çox sevilən “Lalələr ” mahnnısını müxtəlif ifalarda dinləmişik. Fərqli illərdə bu mahnı Zeynəb Xanlarova, Gülağa Məmmədov, Rəşid Behbudov, və s sənətkarlar tərəfində ifa edilib. Rəsmi məlumatlara inansaq Qızıl fondda saxlanılan "Lalələr" mahnısının bəstəkarı Telman Hacıyevdir. Sözləri isə şair Aslan Aslanova aiddir. Mahnı təxminən 70-75-ci illərdə yazılıb və ifa olunub. Şair Aslan Aslanov Gəncədə olarkən dağın döşünə çıxanda hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək “Lalələr“ adlı şerini yazır. Sonra şeri Telman Hacıyevə verir ki, musiqi bəstələsin.

Bir versiyaya görə isə Lalələr mahnısı 1 may zəhmətkeşləri bayramı üçün hazırlanıb. Hər il 1 may günündə Zəhmətkeşlərin həmrəylik gününü qeyd edənlər yaxalarına lalə taxar və əllərində də lalə aparardılar. Bundan ilhamlanan Aslan Aslanov guya şeiri yazıb.

Bəli, bu məlumat rəsmidir və buna mən də inanırdım.

Amma Aslan etirafın oxuyana qədər. Aslan Aslanovun etirafından “Bu şeir Əhməd Cavada aiddir və onun şerini yaşatmaq üçün öz külliyatına qatıb”

Bəli, bu şeirin müəllifi Əhməd Cavaddır. İnanmayan Əhməd Cavad Xəlil Paşaya ithaf etdiyi "Röyasını görmüşdüm" şeirin və ordumuza həsr etdiyi "Ey əsgər" şeirini tapıb oxuya bilər. Eyni dəsti xəttidir.

İndi isə daha ətraflı.

Azərbaycanda bir çox xalq mahnıları var ki, onların yaranması 1918-ci ildə Azərbaycana köməyə gələn Türk ordusuna həsr edilib. Onlardan “Lalələr” mahnısı, “Dolan gəl”, “Küçələrə su səpmişəm” və sairə mahnıları bu günün özündə də daha populyardır. Azərbaycan hər bir xalq mahnısının mayasında müəyyən bir həqiqət və tarixi hadisə gizlənir. Bu həqiqətlər isə zamanı gələndə ortaya çıxır və hər kəs bunu bilir və görür.

1918-ci ildə Azərbaycanın bir çox şəhərləri ermənilər və ruslar tərəfindən işğal edilmişdi. Şaumyan tərəfindən idarə olunan hərəkat, tamamilə xalqın məhv olunmasına yönəlmişdi. Bakıda 18 Mart-1 Aprel 1918-ci il tarixləri arasında azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilirdi, 12000 azərbaycanlı şəhid oldu. İşgəncə və ölümdən qaçmaq üçün insanlar şəhəri tərk etməyə başlamışdılar. İnsanlar çox çətin günlər yaşayırdı. Onlar üçün tək ümid yeri Anadolu türkləri idi. Nuru paşanın qoşunu Bolqarıstanda idi.Ənvər paşadan təcili məktub gəlir ki,Qafqazda yeni bir türk qardaş dövlət yaranıb onu müdafiə etmək lazımdı.Nuru paşa əsgərlərinə müraciət edir ki,kim istəyirsə bizimlə həmin o qardaş dövləti qorumağa getsin.Yox kim istəmirsə sərbəstdir çıxıb gedə bilər evinə.4 ildi döyüşən,yorulmuş və əldən düşmüş bir qoşundan 1 nəfər də olsun əsgər yox demir. 25 may 1918-ci ildə Gəncəyə gələn Nuru Paşa burada ordunu hazırlamağa başlayır. Həmin illərdə indiki kimi yollara asfalt tökülməmişdi. Torpaq yollar hər dəfə yağış yağanda palçığa dönür, keçilməz olurdu. Nuru paşa sürətlə hərəkət etməyə üstünlük verirdi. Buna görə də atlı birliklərin təşkil edilməsi üçün əmr vermişdi. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində lalə deməkdir. O dövrə aid bir xatirədə yazılır

“Yollarda cərgə ilə düzülüb addımlayan Osmanlı əsgərlərinin başlarında qırmızı fəslər var idi. Sanki yollara lalə səpilmişdi”

Türk ordusu Azərbaycana gəldikdə xalq yola tökülür və ordunu həvəslə salamlayırdı. Əhməd Cavad isə həmin gün üçün şeir yazmışdı. Şeirin sözləri “Yazın əvvəlində Gəncə çölündə” – başlayırdı.
“Yazın əvvəlində Gəncə çölündə,
Çıxıblar yenə də dizə lalələr.
Yağışdan islanan yarpaqlarını,
Səriblər dərəyə, düzə lalələr...”
“Nə vaxtdır aşiqin gözü yoldadır ,
Bir qonaq gələsiz bizə lalələr .
Lalələr, lalələr”

Bəli, o zaman isə Gəncənin gözü yolda idi. Gəncə əziz qonaqlarını gözləyən kimi Türk əsgərlərini gözləyirdi. “Lalələr” deyə adlandırdığı Türk əskərini, şair "Bir qonaq gələsiz bizə lalələr" misrasıyla Bakıya "Qonaq" kimi dəvət edir.
Gəncəlilər Nuru Paşanı qarşılayanda aşağıdakı şeiri də deyirdilər

“Qatar gəlib yan verir,
Gəncəliyə şan verir.
Gəncənin cavanları,
“Bakı!” deyə can verir.”

Gəncənin sağ sahilində Üçbulaq deyilən yerdən azca yuxarıda bir qaya var. Lalələr çiçək açanda həmin qaya qırmızı rənqə boyanır. Gəncəlilər ona QIZIL QAYA deyirlər. Lalə Gəncənin sinvolu kimi də demək olar. Bunu Nuru Paşa da bilirdi və Gəncədə olanda həmin qayanı ziyarətə də getmiş idi.

Nuru Paşanın tabeliyindəki ordu Gəncə və Şamaxı bölgələrini erməni, rus və ingilislərdən təmizlədi. Bununla da Bakıya daxil olarkən 15 sentyabr 1918-ci ildə minlərlə şəhid verdi.

SSRİ zamanında mahnıdakı “Bakı” sözü senzuradan keçmir. Ona görə də bu, mahnının son misrasında “Nə vaxtdır Rəşidin gözü yoldadır” formasında oxunub. Çünki “Lalələr” mahnısının məşhur ifaçılarından biri korifey sənətkar Rəşid Behbudov olub.

Dr. Mustafa Görüryılmaz “Türk Qafqaz İslam Ordusu və ermənilər” kitabında yazır: “Türklərin milli sazlarından tar kimi, milli “şapka”lardan qalpaq kimi, Novruz bayramı kimi “Lalələr” mahnısı da sovet rejimində bəzilərinin xoşuna gəlmədi. Bir ara qadağan olundu. Ancaq bu mahnının sözləri 1937-ci ildə tamam dəyişdirildi”.

Bəs necə oldu ki, Əhməd Cavadın müəllifi olduğu şeir Aslan Aslanovun adına çıxdı. O zaman Əhməd Cavad bir çox şeirlərini dostlarına saxlamaq üçün verirdi. Susmaram şeiri kimi. Təsadüfən də bu kağızlardan biri, Lalələr şeiri olan, onun əlinə keçir. Özünün dediyi kimi bəlkə də Əhməd Cavadı yaşatmaq üçün sözlərini dəyişib öz adına çıxır.

Zaur Əliyev, dosent
Xəbəri paylaş