Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada dövlət böhranı

Fransada dövlət böhranı


İyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsindən sonra ölkədə kütləvi aksiyalar və iğtişaşlar davam edir.

Fransa polisi artıq 719 nəfəri saxlayıb. Ölkənin daxili işlər naziri Jerald Darman tviter səhifəsində 45 min polis və jandarmın aktiv şəkildə vəzifə başında olduğunu qeyd edib.

Bundan başqa, Denan, Krua və Rube kimi şəhərlərdə iğtişaşlarla mübarizə aparmaq üçün komendant saatı tətbiq edilib.

Dövlət böhranı

Fransadakı aksiyaların günü-gündən şiddətlənməsi və Makron hakimiyyətinin problemi həll etmək yerinə polis və jandarmları aksiya iştirakçılarının üzərinə göndərməsi faktiki olaraq rəsmi Parisin dövlət böhranı içərisində olduğunu göstərir.

Halbuki nümayişçilərin tələbi 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmasıdır. Makron hakimiyyətinin məsələyə laqeyd yanaşması, açıq şəkildə irqi, etnik və dini ayrı-seçkiliyi, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığından istifadə etməsi prosesləri daha da gərginləşdirir.

Mövcud aksiyalar həm də dünyaya insan haqları, demokratiya dərsi keçən Fransanı içdən nə qədər çürümüş və neqativ idelogiyalarla bəslədiyinin göstəricisidir. Bu ölkə qeyri-fransızlara 2-ci, 3-cü dərəcəli vətəndaş kimi yanaşır, islamafobiya, antisemitizm, neonasizm kimi neqativ tendensiyalar ilə içdən-içə çürüyür. Cəmiyyətdə bu tipli bölünmənin yaratdığı qütbləşmə hazırda aksiyalar fonunda özünü göstərir.

Fransadakı hazırkı böhranlı vəziyyət Makron rejiminin yarıtmaz siyasətinin bəhrəsidir. O, hazırda prosesləri sakitləşdirmək yerinə Yelisey sarayında keçirdiyi toplantıda “Hökumət polisin və jandarmın tərəfində olacaq” deyib.

Vətəndaş müharibəsi riski

Etiraz aksiyaları fonunda Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub. Ümumiyyətlə, ultra-sağçı qrupun küçələrə çıxması Fransadakı aksiyaların motivini dəyişə bilər. Qəzəbli kütlənin başqa qəzəbli qrupla toqquşması prosesləri vətəndaş qarşıdurmasına, müdaxilə edilməyəcəyi təqdirdə isə vətəndaş müharibəsinə keçirə bilər.

Ehtimal ki, ultra-sağçı qrupun küçələrə çıxması və aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır. Polis və jandarmların ardınca Makronun ultra-mülkiyyətçiləri aksiyaçılara qarşı irəli sürməsi etirazların miqyasını böyüdəcək. Bu prosesdə Makronun istefası şüarlarının da səsləndirilməsi mümkündür.

Turan Rzayev-politoloq
Xəbəri paylaş