
Egey dənizində zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-ın yaydığı məlumatda bildirilib ki, Egey dənizində səhər saat 4:19-da 4,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 8,99 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl isə Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda zəlzələ olub.
Mehman Mehdiyev