"2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə həyata keçiridyi fəaliyyətin bundan sonra da davam etdirəcəyinin əyani sübutudur.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub:
"Sənəddə, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi bildirilib. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb və artıq bu istiqamətdə bir sıra işlər görülüb".
Yusif Bağırzadə onu dadeyib ki, işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub:
"İqlim dəyişiklikləri ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi bir neçə öhdəlik götürülüb. 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər 40 faiz azaldılması hədəf kimi qəbul edilib. Eyni zamanda yaşıl enerjiyə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər qaldırılması hədəflənib".
Süleyman