Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi QHT-lər və şəxslər bunu alverə çevirmişdi

Bəzi QHT-lər və şəxslər bunu alverə çevirmişdi


Təşkilat rəhbərlərinə bu illər ərzində biz dəfələrlə demişik ki, QHT-lərin orden, medal verməsi tövsiyə olunmur".

Newscenter.az xəbər verir ki, bunu Demokrat.az-a müstəqil ekspert Rauf Zeyni deyib. O bildirib ki, QHT-lər müxtəlif təsisatlar yarada bilərlər, mükafat təsis edə bilərlər:

"İlin QHT-si", "İlin təşkilatı", "İlin fəalı" və digər təşəkkürnamələr, fəxri diplomlar verə bilərlər. Bunlar vətəndaş cəmiyyəti fəaliyyəti ilə ziddiyyət təşkil etmir. Bu, məntiqi fəaliyyətdir və bu fəaliyyətin nəticəsində də bu cür həvəsləndirici, qiymətləndirici mükafatlar vermək olar. Amma orden, medal məsələləri ilə bağlı dəfələrlə bizim aramızda müzakirələr olub ki, buna ehtiyac yoxdur. Təəssüflər olsun ki, bəzi QHT-lər və şəxslər bunu alverə çevirmişdi. Ona görə bu məsələdə müəyyən nizam-intizam yaratama vaxtıdır".
Xəbəri paylaş