Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı dənizdə baş verənlər Orta Dəhliz üçün hər hansı bir xüsusi avantaj, yaxud zərər vermir

Qırmızı dənizdə baş verənlər Orta Dəhliz üçün hər hansı bir xüsusi avantaj, yaxud zərər vermir


“Qırmızı dənizdə baş verənlər daha çox Rusiya və İranın təşəbbbüsü ilə reallaşdırılmağa çalışılan Şimal-Cənub dəhlizinin gerçəkləşməsinə hazırkı məqamda fürsətlər yaradır. Çünki Qırmızı dəniz marşrutu üzrə yükdaşımaları Şimal-Cənub dəhlizinə bir növ alternativdir. Orta Dəhlizin isə bura ilə əlaqələri yoxdur demirəm, ancaq bu əlaqələr o qədər zəifdir ki, bunu bir əlaqə kimi hesaba almamaq daha doğru olardı. Buna görə də Qırmızı dənizdə baş verənlər Orta Dəhliz üçün hər hansı bir xüsusi avantaj, yaxud zərər vermir”.

Bu fikirləri Newscenter.az-a iqtisadçı Eldəniz Əmirov Qırmızı dənizdə baş verənlərin digər nəqliyyat dəhlizlərinə marağın artmasını şərh edərkən səsləndirib. İqtisadçının sözlərinə görə, məsələ ondan ibarətdir ki, 2023-cü il, sentyabrın 9-da ABŞ prezidenti Co Bayden Yeni Dehlidə İMEC dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü və orada 8 ölkənin iştirakı ilə memorandum imzalandı. Bu o demək idi ki, artıq belə bir ideya çoxdan var idi və hətta memorandum da hazırlanmışdı. Həmin dəhliz Hindistan-Yaxın Şərq-Avropa dəhlizidir. Ancaq dəhliz brend olaraq dəhliz İMEC adlanır”.

Eldəniz Əmirov deyib ki, Co Bayden tərəfindən irəli sürülən dəhliz iki hissəyə bölünür:

“Biri Hindistandan Ərəbistan yarımadasına gəlir və bu dəhlizin Şərq qolu olur. Dəhlizin şimal qolu isə Ərəbistan yarımadasından Yunansıtandan keçməklə Avropaya açılır”.

İqtisadçı hesab edir ki, Baydenin bu dəhlizi Çinin “Kəmər və Yol” layihəsinə alternativdir:

“Çinin Kəmər və Yol layihəsini çox zaman dəhliz kimi təqdim edirlər. Ancaq bu Çinin Kəmər və Yol layihəsi dəhliz deyil, proqramdır. Daha doğrusu Çinin genişlənmə proqramıdır. Artıq Çin Ərəbistan yarımadasına qədər gəlib çatıb. Hətta Çin, İsrailin limanlarını da alıb. Baydenin bu təşəbbüsü də məhz Çinin genişlənməsinin qarşısının alınmasına hesablanıb. Keçən il, sentyabrın 9-da Bayden sözügedən təşəbbüsü irəli sürdü və 1 ay bitmədən, oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsi başladı. Düşünürəm ki, bunlar bir-biri ilə əlaqədardır. Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, orada gedən proseslərin Azərbaycan, eləcə də Orta Dəhliz üçün hansısa təhlükəsi, yaxud ciddi faydası, zərəri var”.

Süleyman
Xəbəri paylaş