Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MEDİA-nın 3 ildə medianın inkişafına xidmət edən addımları

MEDİA-nın 3 ildə medianın inkişafına xidmət edən addımları


Azərbaycanda uzun illərdir bərbad durumda olan, dövlətin diqqət və qayğısına rəğmən özünü doğrulda, fəaliyyətini müasir çağırışlara uyğun qura bilməyən sahələrdən biri də media sahəsi idi. Baxmayaraq, haqlı olaraq mütləq əksəriyyət deyirdi ki, Azərbycanda dövlətin, şəxsən dövlət başçısının ən çox diqqət ayırdığı sahələrdən biridir mediadır. Sözün həqiq mənasında dövlət mediaya dördüncü hakimiyyət kimi baxır, onun möhkəmlənməsi üçün çalışır. Ümummilli lider Heydər Əliyevdən üzü bəri dövlətdən yalnız dəstək görən, bu gün də həmin dəstəyin davamını alan mediaya ləkə gətirən, onun işgüzar nüfuzuna, imicinə zərbə vuran da elə son illərə qədər “media” nümayəndələri olub. Daha dəqiq desək media sahəsində sağlamlaşdırma mühiti yaradılana qədər. Deməzdim ki, neqativlər tam aradan qalxıb, bu sahədə hər şey idealdır. Əsla. Ümumən, heç bir sahədə ideal nəsə yoxdur, onu axtarmaq da sadəlövhlük olardı. Təkcə Azərbaycanda belə deyil. Dünyanın istənilən ölkəsində, hətta qlobal anlamda demokratiya dərsi keçməyə çalışan supergüclərdə də bu və ya digər problemlər var, ideal heç nə yoxdur. Həmin ölkələrdə bəzən durumun Azərbaycandan da pis vəziyyətdə olduğu aydın şəkildə sezilir.

Mətləbdən çox da kənara çıxmayaraq mediaya, bu sahədə həyata keçirilən sağlamlaşdırılma siyasətinə diqqət çəkmək istərdim. Açığı zaman-zaman buna cəhd edilib, ortaya iradə qoyulmağa çalışılıb. Lakin hansısa qara qüvvələrin əli, medianın daxilində qeyri-sağlam mühitin olmasına adətkar olmuş “media” mənsublarının müdaxiləsi, yaxud dirənişi nəticəsində yarı yoldan qayıdılıb, mənzil başına çatmaq mümkün olmayıb. Ancaq son 3 ildə Medianın İnkişafı Agnetliyinin (MEDİA) yaranmasından sonrakı mərhələdə müşahidə edilən mənzərə ondan ibarətdir ki, əksər müdaxilələr zərərsizləşdirilib, artıq bu prosesə hansısa qara əlllər müdaxilə edə bilmir. Dünənə qədər medianın sağlamlaşdırılmasını süngü ilə qarşılayanların əksəriyyəti bu gün süngünü sözün həqiqi mənasında qələmlə əvəzləyib prosesə dəstək olmağa çalışırlar. Köhnə peşələrinə adətkar olmuşlar isə hələ də əllərində süngü gəzirlər. Fürsət düşdükcə medianı dəlik-deşik etmək, bu şərəfli peşəni ləkələmək üçün. Bu sahəyə təsadüfən gələrək asan yolla qazanc əldə etməyi düşünənlər isə yeni dövrdə yaranmış yeni situasiyaya uyğunlaşmayaraq medianı könüllü, üzüyola tərk edirlər.

Deməzdim ki, MEDİA Agentliyi ötən 3 ildə medianın sağlamlaşdırılmasına tam nail olub. Qətiyyən. Birincisi, ona görə ki, uzun illər yığılıb qalan problemləri, qeyri-sağlam mühiti cəmi 3 ilə sağlamlaşdırmaq mümkün deyil. Bunu MEDİA Agentliyinin özü də səmimi şəkildə etiraf edir. İkincisi, “Böyük Dayaq” filmində deyildiyi kimi, hələ “daşın” altında medianı üzüyola tərk edənlərdən də zəhərli ilanlar var və zaman-zaman onlar keçmiş “həmkarları”nın seçimini etmək məcburiyyətində qalacaqlar.

Çünki, dəyişən, inkişaf edən, informasiya mübarizəsi əsri olan bir mərhələdə media nümayəndələrinin bu prosesdən kənarda qalmaması lazımdır. Əsas etibarilə də media kapitanlarının. Bu baxımdan media kapitanlarının təkcə rəhbərlik etdikləri media subyekti olaraq deyil, eləcə də fərd olaraq Azərbaycanın apardığı informasiya mübarizəsinə dəstək vermələri, ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılması işində fəal olmaları vacib sayıla, onlara ildə xarici KİV-lərdə Azərbaycanın haqlı mövqeyini özündə ehtiva edən bir neçə məqalə dərc etmək tövsiyə oluna bilər. Bunu bacaran həm media, həm də ümumən Azərbaycanın informasiya mübarizəsi, haqlı davasına dəstək verib fəaliyyətini davam etdirə biləcək, bacara bilməyənlər isə gündəlik 20 özəl xəbər dərc edə bilməyən media subyektləri kimi dördüncü hakimiyyəti tərk edəcəklər.

20 xəbərdən söz düşmüşkən, MEDIA Agentliyinin ötən 3 ildə media mühitinin sağlamlaşdırılması istiqamətində atmış olduğu ən önəmli addımlardan biri də media subyektinin gündəlik 20 özəl xəbər dərc etməsi öhdəliyi oldu. Açığı, “Media haqqında” qanunda da əskini tapan bu məsələ ilk olaraq əksər həmkarlar kimi məni də narahat edirdi. Ancaq zamanla məlum oldu ki,

Gündəlik 20 özəl xəbər dərc etmək ilk növbədə jurnalist peşəkarlığı və yaradıcılığına xidmət edir. Artıq media subyektlərinin hamısı eyni, oxşar xəbəri dərc etmir. Jurnalist daha məhsuldar və məsuliyyətli işləyərək özəl xəbər almağa, onu çalışdığı media subyektində dərc etməyə çalışır.

Gündəlik 20 özəl xəbər dərc etmək media subyektləri arasında rəqabəti artırdı. İstər ölkə daxilində, istərsə də xaricdə baş verən hər hansı bir hadisəni ilk olaraq cəmiyyətə, oxucuya təqdim etmək üçün müsbət mənada rəqabət mühiti formalaşdırdı.

Gündəlik 20 özəl xəbər dərc etmək redaksiyalarda tərcümə jurnalistikasını inkişaf etdirdi. Xarici media subyektlərində dərc edilən maraqlı məlumatları ölkə oxucusuna çatdırmaq üçün həmin xəbərlərin tərcümə edilməsi zərurəti tərcümə jurnalistikasının inkişafına zəmin yaratdı. Əgər son 5-10 ildə ölkənin yalnız bir neçə iri media qurumları xarici xəbərlərin tərcüməsi üçün özlərinə təcüməçi götürürdülərsə, bu gün əksəriyyət media subyektlərində tərcüməçilər çalışırlar.

Hələ mən MEDİA Agentliyinin sahəvi jurnalistikanın inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, keçirdiyi silsilə təlimlər, media savadlılığı layihəsi, media reyestrinin yaradılması kimi müsbət tendensiyaları demirəm. Ayrı-ayrılıqda həyata keçirilən həmin tədbirlər ötən 3 il ərzində MEDİA Agentliyinin Azərbaycan mediasına gətirdiyi müsbət tendensiyalar, medianın inkişafına xidmət edən addımlardır.

S.İsmayılbəyli
Xəbəri paylaş