Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə liderləri növbəti dəfə birlik, qardaşlıq mesajı verdilər

Azərbaycan və Türkiyə liderləri növbəti dəfə birlik, qardaşlıq mesajı verdilər


Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Münasibətlərin ən yüksək səviyyəyə çatmasında liderlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ənənəyə uyğun olaraq, seçkilərdən sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsi, imzalanan sənədlər, səslənən birgə bəyanatlar bunu bir daha təsdiqlədi. Liderlər növbəti dəfə birlik və qardaşlıq mesajları verdilər. Bu gün həqiqətən də Azərbaycanla Türkiyə arasında hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Ankara və Bakı bütün beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AŞPA-da Azərbaycana qarşı qəbul olunan qərəzli qərar ləğv edilənə qədər bu istiqamətdəki səylərin davamlı olacağını bəyan etməsi növbəti qardaş dəstəyi idi.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, dövlət başçıları bir daha regional və beynəlxalq məsələləri dəyərləndirdilər. Bakı və Ankaranın regionda dayanıqlı sülhün təminində maraqlı olduqlarını diqqətə çatdıran K.Nurullayeva qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”, - fikirləri Fransa başda olmaqla regionda xaos yaratmaq istəyən destruktiv qüvvələrə ciddi mesaj idi.

İki ölkə liderinin hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan və bundan sonra atılacaq addımları da nəzərdən keçirdiklərini diqqətə çatdıran deputat deyib: “Bakı və Ankara Şuşa Bəyannaməsində ortaya qoyulan iradə ilə işbirliyini davam etdirir. Müdafiə sənayesi sahəsində birgə istehsalla əlaqədar konkret planlar icra olunmaqdadır. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda Türkiyə ordu modeli tam oturuşub və 5 ay əvvəl – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri bunu bir daha təsdiqlədi. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırıb. Yalnız bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilən Türkiyə-Azərbaycan birliyi daha da möhkəmlənir. Liderlərin birgə verdiyi bəyanatdan aydın oldu ki, əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatındakı birliyin daha da güclənməsinə nail olmaqdır. Bu ilin iyulunda təşkilatın Şuşada keçiriləcək toplantısında perspektivlər bir daha müzakirə olunacaq. Görünən budur ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirməkdədir. Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, bizim ailəmiz Türk Dünyasıdır”.

Könül Nurullayeva bildirib ki, bu mənada böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərini gücləndirmək əsas prioritetdir. Məqsəd Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirməkdir. Azərbaycan və Türkiyə bu prosesə xüsusi töhfə verir.

“Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma isə yüksək səviyyədə təhsilə yiyələnməklə yanaşı, bütövlükdə gənc nəslin qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almasını, milli-mənəvi dəyərlərə sadiq olmasını təmin edəcək. Bu mənada dövlətimizin başçısının da söylədiyi kimi, bu universitetin yaradılması yalnız təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir”, - deyə deputat vurğulayıb.(azertac)
Xəbəri paylaş