Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadiyyatın inkişafı ölkədə sahibkarlıq mühitinin vəziyyəti ilə bağlıdır

İqtisadiyyatın inkişafı ölkədə sahibkarlıq mühitinin vəziyyəti ilə bağlıdır


Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 17-də keçirilən iclasındakı çıxışında bir sıra təkliflər irəli sürüb:
Ölkəmizdə iqtisadi artım templərinin yaşamağa aşladığımız yeni mərhələnin tələbləri səviyyəsinə qaldırmaqdan ötrü islahatlara ehtiyac var.Bu,ilk növbədə müasir tələblərə cavab verən yeni qanunların qəbul edilməsi,eləcə də mövcud qanunların təkmilləşdirilməsini tələb edir.Bu baxımdan yeni Vergi Məcəlləsinin qəbul edilməsi çox vacibdir. Vergi Məcəlləsinin qəbul edildiyi vaxtdan 25 ildən çox vaxt keçir.Həmin müddət ərzində bu Məcəlləyə onun maddələrindən qat-qat artıq sayda dəyişiklik edilib.Hazırda bu sahədə qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırmaqdan ötrü bu Məcəllədə dəyişikliklərin edilməsinin davam etdirilməsi əvəzinə yeni Vergi Məcəlləsinin qəbul edilməsi daha məqbul variantdir. Vergi Məcəlləsinə tez-tez dəyişikliklərin edilmsi yaxşı hal deyil,bu, investorları,xüsusən də xarici investorları çəkindirir. Ona görə təklif edirik ki, yeni bir Vergi Məcəlləsi qəbul edilsin.Bununla yanaşı Büdcə və Bank Məcəllələrinin də qəbul edilməsinə ehtiyac var.
Digər istiqamtlərdə də qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var.Məsələn, iqlim dəyişiklikləri iqtisadiyyata,xüsusən də kənd təsərrüfatına ciddi təsir edir.Araşdırmalar göstərir ki, orta müddətə hər il kənd təsərrüfatına 500 milyon manat yönəldilib,ondan səmərəli istifadə etməklə,5-6 ildən sonra 12 əsas məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar.Neçə illərdir hər il kənd təsərrüfatına yönəldilən vəsait həmin məbləği üstələyib,amma xeylı vaxtdır hər il orta hesabla 3 faiz ətrafında artım olub. Bu ilin 8 ayının göstəricilərinə görə isə kənd təsrrüfatında 1 faizə yaxın enmə müşahidə olunub. Bu fakt aqrar sahədə islahatlar kontekstində kənd təsərrüfatına diqqətin artırılmasını, bu sahənin tənzimlənməsinin hüquqi bazasının təkmilləşdirilməsini tələb edir.Bu yöndə həlli vacib olan məsələlərdən biri iqlim dəyişikliklərinin fermerlərə vurduğu ziyanın kompensasiyasını gücləndirməkdən ötrü quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi və bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsidir. Quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi və bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi fermerlərin məruz qaldığı maliyyə itkilərinin aradan qaldırılmasında və deməli nğvbəti ildə öz fəaliyyətinin davam etdirməsinə real şərait yarada bilər.
Hər bir ölkənin inkişafında iqtisadi artım templərinin səviyyəsi və davamlılığı mühüm rol oynayır. Son vaxtlar ölkəmizdə iqtisadi artım templərinin səviyyəsi xeyli aşağı düşüb. Əgər ötən ilin səkkiz ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 4 faizdən çox artmışdısa bu il cəmi 1 faiz artım olub.Heft hasilatının aşağı düşməsi həmin sahənin maliyyə və digər göstəricilərini pisləşdirməklə yanaşı, həm də ölkəmizin ümumi artım tempinə də mənfi təsir göstərir. Bunun neft sahəsindəki azalmalarla bağlı olan hissəsi məlun... Bəs qeyri neft ÜDM-də artım tempi niyə bu qədər aşağı düşüb? Əgər 2024-cü ilin 8 ayında 2023-cü ilin müvafiq dövrü ilə müqatisədə qeyri neft-qaz ÜDM-i 7 faiz artmışdısa, bu ilin müvafiq dövründə bu artım 2,6 faiz təşkil edib. Sənayedə də buna oxşaq vəziyyətdir. Keçən ilin avqustuna qeyri neft-qaz sənayesi 8 faizə yaxın artmışdısa,bu ilin müvafiq dövründə bu artım 4,8 faiz təşkil edib.Ona görə də aidiyyatı qurumların iştirakı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində həm kənd təsərrüfatı həm də sənaye üzrə bu sahələrin problem və perspektivlərə həsr olunmış bir dinləmənin keçirilməsini vacib hesab edirik.
İqtisadiyyatın inkişadı xeyli dərəcədə ölkədə sahibkarlıq mühitinin vəziyyəti ilə bağlıdır.Bu sahədə nəticələri yaxşılaşdırmaqdan ötrü yerli və xarici iş adamları arasında sosioloji sorğuların keçirilməsi,sahibkarlığın qarşnda duran maneələrin aradan qaldırımlası və bu sahənin ümumiyyətlə,xüsusən də regionlarda inkişafının təşviqləndirilməsinə həsr olunmuş bir dinləmənin də keçirilməsi məqsədəuyğun olardı.
Xəbəri paylaş