
"16 Sentyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nahyan Azərbaycana rəsmi səfər edib. Səfərin çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Şuşa şəhərində keçirilən görüş keçirilib. Bu görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın daha da gücləndirilməsi üçün bir sıra sənədlər imzalanıb.
Səfərin Şuşada baş tutması xüsusi simvolik əhəmiyyət daşıyır. Çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və BƏƏ prezidentinin burada görüş keçirməsi Qarabağın bərpasına beynəlxalq diqqətin artdığını göstərir. Bu həm də Azərbaycanın bölgədəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir".
Bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraçova BƏƏ prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, görüşün mümkün təsirlərinə gəldikdə isə fikrimcə bu müxtəlif sahələrdə özünü göstərə bilər. İlk növbədə siyasi əlaqələr daha da möhkəmlənəcək və iki ölkə arasında qarşılıqlı etimad artacaq:
"Eyni zamanda, BƏƏ-nin Azərbaycana yatırım etmək, xüsusilə neft-qaz sektorunda və nəqliyyat infrastrukturu sahəsində, ölkəyə xeyli maliyyə daxil etmə potensialı var. Bu da o deməkdir ki, BƏƏ-dən Azərbaycana iri həcmli investisiyaların gəlməsi gözlənilir ki, bu da yeni iş yerlərinin açılması, iqtisadiyyatın inkişafı və digər bir sıra layihələrinin sürətlənməsi deməkdir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycanın tranzit imkanlarını genişləndirərək ölkəni daha önəmli ticarət mərkəzinə çevirə bilər".
Dürdanə Qaraşova qeyd edib ki, belə səfərlər regional sabitliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsinə və Qarabağın bərpasına əlavə dəstəyin göstərilməsinə yardımçı ola bilər:
"Ümumilikdə isə fikrimcə BƏƏ prezidentinin səfəri Azərbaycan–BƏƏ münasibətlərini yeni mərhələyə daşıyaraq hər iki ölkə üçün faydalı imkanlar yaradacaq".
Süleyman