
Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Çevik Hücum Qüvvələrinin “Sərhəd-2025” hərbi təlimlərinin aktiv mərhələsi başlayır.
Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il sentyabrın 17-dən 20-dək Qırğızıstan Müdafiə Nazirliyinin 20636 saylı hərbi hissəsinin təlim mərkəzinin ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Çevik Hərəkat Kollektiv Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək.
Təlimlərə Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın 160-dan çox müdafiə idarələrinin nümayəndələri cəlb olunub.
Anar Əliyev