Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının gücünü nümayiş etdirdi

Qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının gücünü nümayiş etdirdi


"Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının gücünü, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Azər Yadigaroğlu deyib. O bildirib ki, bu qələbə nəticəsində Kəlbəcər, Laçın, Şuşa və digər əzəli torpaqlarımız işğaldan azad olundu:

"Kəlbəcərin azad edilməsi xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Çünki bu torpaqlar həm zəngin təbiəti, həm də qədim mədəni irsi ilə Azərbaycanın ayrılmaz parçasıdır. Bu gün biz fəxrlə deyirik ki, Kəlbəcərə artıq qayıtmışıq, bu müqəddəs yurd yenidən Azərbaycan nəfəsi ilə canlanır".

Ekspert deyib ki, qələbəmiz təkcə hərbi gücün deyil, həm də xalqımızın birliyinin, milli həmrəyliyimizin, Prezident-Xalq-Ordunun sarsılmaz dayaqlar üzərində qurulan vəhdətinin bəhrəsidir:

"Azərbaycan xalqı bu tarixi qələbəni nəsillər boyu qürurla xatırlayacaq, şəhidlərimizin müqəddəs xatirəsini daim uca tutacaqdır. Bu zəfər bizi daha da ucaldıb və gələcək nəsillərə ən böyük mirasımız – azad və güclü Azərbaycanı bəxş edib".

Süleyman
Xəbəri paylaş