"Siyasi münasibətlərin, prosesin, fəaliyyət istiqamətlərin dərk edilməsi, siyasi uğurları qazanmaq, hadisələrin obyektiv qiymətləndirilməsini bacarmaq üçün siyasi şüuru formalaşdırmaq lazımdır. Mahiyyət etibarı ilə siyasi şüur mənəvi hadisədir. Amma bu mənəvi hadisəni düşüncəsində müsbət elementlərlə formalaşdırmaq üçün mənəvi dəyərlərin zənginliyi, mənəvi keyfiyyətlərin bolluğu lazımdır. Onda biz siyasi şüuru mükəmməl formalaşdıra bilirik və siyasi şüuru olan insanlar təbi ki siyasət elmi, siyasətlə məşğul olur və siyasi mövqe ortalığa qoyurlar. Hər halda biz bilirik ki, siyasət çox mürəkkəb bir elmdir. Həm də şərəfli bir fəaliyyət növüdür. O nöqteyi nəzərdən ki, kim şərəflə öz dövlətinə xidmət etməyi bacarır. Əslində siyasət birbaşa dövlətə, millətə xidmət etmək üçün yaranmış bir prosesdir."
Newscenter.az xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, siyasi proseslərə qoşulan, siyasi təsisatlar yaradan və həmin təşkilatların hakimiyyətlə qarşılıqlı əlaqəsi mühüm əhəmiyyətə malikdir:
"Çünki biz, insanlarımızda öz siyasi şüurumuzla, siyasi mədəniyyətimizlə, o münasibətlərlə cəmiyyətin baxışlarını, təsəvvürlərini stereotipləri formalaşdırırıq və bu çox vacib bir siyasi münasibətdir. Cəmiyyətdə ictimai siyasi şüurun formalaşdırılması həmin siyasi şüurdan təfəkkürdən aslıdır. Uzun illər siyasətlə məşğul olanlar özlərinə bir obraz yaratmağa başlayırlar və bu obraz cəmiyyət tərəfindən mənfi və müsbət obraz kimi qiymətləndirilir. Siyasi elmin fundamental elementlərindən biri də seçki mədəniyyətidir. Hansı şəxslər ki, özündə siyasi mədəniyyəti formalaşdırıblar, onlar seçkidə də o mədəniyyət strategiyası ilə nümunəvi siyasi xadimə çevrilirlər".
Ramil Hüseynov deyib ki, növbəti seçkiləri qarşılamağa hazırlaşırıq. Bundan öncəki seçkilərdə siyasi şüuru özündə formalaşdıra bilməyənlər yenə köhnə taktika, ritorika ilə fəaliyyətlərini davam etdirirlər:
"Bax, acınacaqlı hal budur. Hakimiyyət hər seçkidə yeni dünyanın müasir standartlarına uyğun olaraq öz siyasi tərəqqisini, mütərəqqi siyasi davranışlarını ortaya qoyur. Amma təəssüflər olsun ki, qarşı tərəfin bəziləri boykotçular, realçılar və digər çılar, çilər, çülər hələ də siyasi obrazlarını dəyişə bilmirlər və neçə dəfə öz siyasi obrazlarını dəyişmək üçün kənar xarici qüvvələrin dəstəyindən istifadə etsələr də, alınmayıb. Məncə siz bu haqda ciddi düşünün, niyə bilirsiniz, çünki artıq cəmiyyət sizdən bezib bu siyasi şüur yox, şüursuzluqdu. Zorla deyil ki, mənimsəyə bilmədiniz, dəyişə bilmədiniz özünüzü. Bundan öncəki seçkilərdə xalq kimə etimad göstərdisə, yenə həmin etimadı o siyasi qüvvə qazanacaq. Çünki o siyasi düşüncənin sahibi, illər öncəki Azərbaycanı, yüz illər öncəki Azərbaycanı tamam dəyişdi və xalq o dəyişən Azərbaycanla fəxr edir. Çünki biz böyük bir şərəfli tarix yazdıq. O rəhbərlə, o xalqla, o həmrəyliklə bu prosesdən siz çox uzaqdasız, orada olanları görmürsünüz. Orada olanlar da arxaya baxanda sizi böyüdücü ilə məncə nöqtə kimi görür. Daha da xırdalanmayın ən azından hələ görsənirsiniz".
Süleyman