
“Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə dövlət və dövlətçiliyə töhfələr verən, bütün sahələrdə həyata keçirdiyi uğurlu işlərlə insanların qəlbində taxt quran bir şəxsiyyətdir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkə daxilində deyil, eləcə də qlobal miqyasda özünü təsdiq edir və təqdir olunur. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olmaqla yanaşı, bir sıra beynəlxalq və milli təşkilatlarda fəal iştirak edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. Bildirib ki, istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir:
“Onun qadın hüquqları, təhsil və sosial rifah, eləcə də humanitar və mədəni sahədə diqqət çəköən uğurlu təşəbbüsləri Mehriban xanım Əliyevanın UNESCO və ISESCO-nun xoşməramlı səfiri olmasını şərtləndirən amillərdəndir. O, bu statusu ilə qlobal humanitar əməkdaşlıq və mədəni irsin qorunması sahəsində aktivdir. Mehriban xanım UNESCO və ISESCO səviyyəsində müxtəlif xalqlar arasında mədəni dialoqun inkişafına töhfə verib. Mehriban xanım dünyanın bir çox ölkəsində Azərbaycanın mədəni irsini təbliğ edən layihələrə də dəstək verir ki, bu sıraya Luvr muzeyində İslam sənətinə dəstək, Roma katakombalarının bərpası və s. aid etmək olar”.
Arzuman Muradlının sözlərinə görə, birmənalı olaraq deyə bilərik ki, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin hamisidir:

“Bu ilər ərzində Mehriban xanım Əliyeva UNESCO-nun Paris qərargahında Azərbaycanın mədəniyyətinə həsr olunmuş sərgilər və musiqi gecələri təşkil edib. Azərbaycan muğamının, aşıq sənətinin və lavaşın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmasında birbaşa təşəbbüskar olub. UNESCO-ya üzv ölkələrdə, Fransa, İtaliya, Almaniyada Azərbaycanın mədəniyyətini təbliğ edən layihələr həyata keçirib”.
İctimai birlik sədri onu da deyib ki. Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətində xüsusilə humanitar, sosial və mədəni sahələrdə islahat xarakterli təşəbbüsləri ilə seçilir:
“Onun təşəbbüs göstərdiyi layihələr və islahatlar əsasən vətəndaş rifahının artırılmasına, təhsil və səhiyyənin inkişafına, mədəni irsin qorunmasına və ictimai institutların modernləşdirilməsinə yönəlib. Mehriban Əliyeva uzun illər Heydər Əliyev Fondu vasitəsilə səhiyyə sahəsində islahatları dəstəkləyib və dövlət səviyyəsində təşəbbüslərlə çıxış edib. Kənd və ucqar rayonlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə mobil klinikalar və tibbi müayinələr təşkil olunub. Talassemiya və hemofiliya xəstələrinin müalicəsi, onların dərman təminatı ilə bağlı sistemli proqramlar hazırlanıb”.
Süleyman