Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Futbol diplomatiyası

Futbol diplomatiyası


Petrozavodskda Rusiya və Özbəkistanı futbol diplomatiyası birləşdirir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, Petrozavodsk şəhərindəki 11 nömrəli tam orta məktəbin stadionunda Rusiya və Özbəkistanın həvəskarlardan ibarət yığma komandaları arasında yaddaqalan beynəlxalq oyun keçirilib. Qarşılaşma 1979-cu ildə Dneprodzerjinsk səmasında Daşkəndin "Paxtakor" klubunun futbolçularını aparan təyyarənin faciəsinə həsr olunub.

Məlum olduğu kimi, bu fəlakət bütün dünya futbol ictimaiyyətini sarsıtmışdı. Həmin il “Paxtakor” komandamız çempionatda çox parlaq oyun nümayiş etdirdi və bir çox futbolçumuz milliyə cəlb olundu.

Kareliyanın yerli ictimai təşkilatlarının təşəbbüsü ilə 2019-cu ildən bəri “Paxtakor-79” mütəmadi olaraq talehsiz tarixlə əlaqədar olaraq anılır.

Baş hakim Aleksandr Hakkarainenin idarə etdiyi qarşılaşma möhtəşəm və həyəcanlı keçib. Komandalar aqressiv oyun keçirərək, 16 qolla azarkeşlərini sevindiriblər. Yekunda Özbəkistanın həvəskar komandası 9:7 hesabı ilə qalib gəlib.

Anar Əliyev
Xəbəri paylaş