Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün xüsusi rol oynayacaq

Prezidentin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün xüsusi rol oynayacaq


Azərbaycan Prezidenti cənab İlham Əliyev qonşu ölkə Türkmənistanda işgüzar səfərdədir.Bu ilin iyul ayının ortalarında bildiyimiz kimi Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri baş tutdu və bu gün Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri həyata keçirilir və bu səfərlər iki ölkə arasında əlaqələrin yüksələn dinamikasını özündə əks etdirir və düşünürəm ki, Azərbaycan regionun lider dövləti kimi bölgədə yeni layihələrin həyata keçirilməsində böyük işlərə imza atmaqda israrlıdır. Bu səbəbdən Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafında əsas məqsəd, iki ölkə arasında qarşılıqlı ticarət , enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığı artırmaqdır.2021-ci ildən etibarən Azərbaycan və Türkmənistan arasında ,, Dostluq,, qaz sənayesi sahəsi üzrə əməkdaşlıq davam edir. Bu ilin beş ayının göstəricilərinə görə Türkmənistandan Azərbaycana 160 milyon kubmetr qaz idxal edilib.

Aşqabadda SOCAR-ın numayəndəliyi və gələcək üçün digər enerji layihələrinin gerçəkləşdirilməsi məqsədilə bu işgüzar səfərlərin mahiyyəti çox böyükdür.Bu günkü Türkmənistanın Türkmənbaşı şəhərində baş tutan Azərbaycan və Türkmənistan görüşünə həmçinin Özbəkistan prezidenti Şavkat Mirziyoyevin də qatılması və bu üçtərəfli görüş zamanı bir çox sənədlərin imzalanması deməyə əsas verir ki, Azərbaycan həmçinin Türkmənistan, Özbəkistan və digər Orta Asiya olkələri üçün də enerji resurslarının Avropa və digər olkələrə çatmasına imkan yaradan və ən məqbul hesab olunan ölkədir.Azərbaycan və Türkmənistan Xəzər dənizi vasitəsilə qonşu ölkələrdir və həmçinin türkdilli dövlətlərdəndir.Xəzər dənizində sabitliyin təmin edilməsi istiqamətində mükəmməl işbirliyi içindədirlər və Xəzər dənizindən səmərəli istifadə məqsədilə gələcəkdə bir çox layihələrin həyata keçirilməsi istiqamətində bu səfərləri, zəmin yaratmaq təşəbbüsü kimi də dəyərləndirmək olar.Cənab Prezident İlham Əliyevin səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün xüsusi rol oynayacaq və həmçinin iki ölkənin gələcək həyatı üçün perspektivləri özündə əks etdirən bu səfərlər, inanıram ki xalqlarımıza öz töhfəsini verəcək.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş