Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml rəhbərliyi Ukrayna müharibəsini davam etdirməkdən geri çəkilmir

Kreml rəhbərliyi Ukrayna müharibəsini davam etdirməkdən geri çəkilmir


"Rusiyanın Ukraynaya hərbi təcavüzü geniş spektrdə uğursuz hərbi-siyasi kampaniyadır. Baxmayaraq ki, onlar ərazilər ələ keçirir və müharibədə üstün tərəfdirlər. Ancaq zərəri xeyrindən üstündən olan qələbə elə məğlubiyyətə bərabərdir. Məsələyə məhz Rusiya bucağından baxarsaq müharibənin Kremlə vurduğu ziyanın miqyası daha aydın şəkildə görünür".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki,
SSRİ dağıldıqdan sonra Rusiya irəliyə doğru ciddi addımlar ata bilmədi:

"Ölkə iqtisadiyyatı kiçik artım tempi nümayiş etdirdi və sənaye imperiyadan qalanların üzərində müxtəlif modifikasiyalar etməklə kifayətləndi. Yəni, yeni bir məhsul ortalığa çıxarıla bilmədi. Xüsusilə, texnologiya sayəsində Rusiya rəqiblərindən çox geridə qaldı.
Nəticə etibarilə, müasir Rusiya SSRİ - nin çörəyini yeməklə ayaqda qaldı. Belə olduğu təqdirdə onsuzda zəif vəziyyətdə olan sənayenin hərbiləşməsi iqtisadi çətinliklər yaradır. Müharibə bitsə belə rusların bu prosesi yenidən əvvəlki halına qaytarması o qədər də inandırıcı səslənmir. Ən azından yaxın illər ərzində.

Digər tərəfdən insan problemi Rusiyanın üzləşdiyi ən böyük çətinliklərdən biridir. Rusiya böyük dövlət olsa da milyonluq şəhərləri çox azdır. Xüsusilə, ölkənin şərqində bu problem daha təhlükəli miqyas alıb. Şəhərlər, kəndlər sürətlə boşalır və yaxud əl dəyişdirir. Bu isə öz növbəsində bu qədər böyük ərazinin təhlükəsizliyini təmin etməkdə ciddi problemlər yaradır".

Pərviz Mirizadə qeyd edib ki, Kreml rəhbərliyi Ukrayna müharibəsini davam etdirməkdən geri çəkilmir:

"Yenə də, burada böyük problemlər ortaya çıxır. Rusiya işğal etdiyi əraziləri bərpa etmək üçün minimum bir trilyondan çox vəsait xərcləməlidir. Digər tərəfdən demoqrafik qeyri-mütənasiblik Kreml üçün əlavə bir çətinlik yaradır. Rusiyanın qurucu gücü yoxdur. Ona görə də bu məsələnin qazanan tərəfləri ABŞ və Çindir".

Süleyman
Xəbəri paylaş