Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər hansı məktəbi bağlamaq bizə fayda verməz

Hər hansı məktəbi bağlamaq bizə fayda verməz


"Azərbaycan dünyada milli, dini, irqi ayrı seçkliyi rədd edən, tolerantlığı ilə öncül sayılan ölkələrdəndir. Beynəlxalq münasibətlər sistemində, ikili münasibətlərdə gərginliklər, problemlər, incikliklər mümkündür.

Necə ki, illər öncə dost və qardaş ölkə Türkiyə xarici siyasətində Azərbaycana qarşı atdığı yalnış addımlardan sonra Azərbaycanla Türkiyə arasında gərginliklər olmuş, hətta Türkiyə polisi tərəfindən Azərbaycan bayrağını zibil çöplüyünə atması halları baş vermişdi. O zaman Azərbaycandakı siyasi partiyalar Türkiyə əleyhinə bəyanat verir, mətbuat Türkiyəni tənqid edir, ictimai təşkilatlar Türkiyə səfirliyi önündə etiraz aksiyaları təşkil edirdilər. Sonradan nə baş verdi? Təzyiqlərdən sonra Türkiyə hökuməti Qafqazla bağlı siyasətinə korrektələr etməyə başladı.

Gürcüstanla ərazi mübahisəsindən tutmuş, İranla bağlı məsələlər son illərdə yaşanmışdır, amma biz bu münasibətlərdə siyasətimizi hər hansı millətə, irqə, onun dininə, dilinə hörmət prinsiplərini saxlayaraq mübarizəmizi aparmışıq. Zatən belə də olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Rəşad Quliyev son vaxtlar Rusiya ilə Azərbaycan arasında yaranan sərinlik münasibətləri fonunda rus dilinin ölkəmizdə qadağan edilməsi kimi fikirlərə münasibət bildirərkən səsləndirib. O deyib ki,
Rusiya Azərbaycanla münasibətlərdə son illərdə soyuqluq, hətta bəzən gərginlik hiss olunur:

"Bunu istəyən, buna təkan verən qüvvələr mövcuddur. Bizimlə Rusiyanın arasında gərginlik yaşanmasını istəyənlər var və bu təbiidir. Ancaq mən inanmıram ki, bu rusdilli məktəblərin bağlanmasına aparıb çıxarsın. Rusdilli məktəblər məsələsi Azərbaycanın daxili işidir eyni zamanda, bu ikili münasibətlərlə tənzimlənən məsələdir. Tarixən baş verən olanları əsas götürüb münasibətləri zədələmək olmaz. Çünki bu coğrafiyada həm ruslar, həm də azərbaycanlılar ömürlük qonşudurlar. Rusiya bizim iqtisadiyyat, eyni zamanda milyonlarla soydaşımız üçün vacib ölkədir. Azərbaycan regionun güclü dövləti kimi Rusiya üçün vacib partnyor və strateji müttəfiqdir.

Uzun illər səbrli, düzgün aparılan beynəlxalq siyasət Rusiya ilə yaxın münasibətlərmiz imkan verdi ki, 2-ci Qarabağ savaşı zamanında bu ölkə məsələyə seyirçi qaldı və biz 30 il işğalda olan torpaqlarımızı azad etdik.

Ona görə düşünürəm ki, bəzi insanlar bir çox hallarda səthi düşünür, idarəçiliyin dərinliyinə varmadan danışırlar. Onların itirəcək heç nəyi yoxdur. O evində oturub klavyatura arxasında ekspertlik edə bilər, amma real siyasət, mənzərə və idarəçilik başqa şeydir".

Rəşad Quliyevin sözlərinə görə, 5 adamlıq kollektivi idarə edə bilməyənlər düşünürlər ki, ölkədaxili və xarici siyasəti idarə etmək asan işdir:

"Ancaq bu elə deyil. Düşünürüm ki, yalnız Türkiyə və İsraillə münasibətləri ciddi qurmaqla bir vektorlu və ya iki vektorlu siyasət yürütmək fayda gətirməz. Ayaqda qalmamız üçün çox vektorlu siyasət həyata keçirmək, balanslı xarici siyasət modelindən uzaqlaşmamalıyıq. Rusdilli məktəblərin indiki halda bağlanması elə də asan proses deyil. Rus dilində təhsil alan minlərlə gənc bir anda Azərbaycan dilli məktəbə keçid edə bilməz. Çünki illərdir başqa dildə təhsil alan, bütün təhsili rus dilində olan gənclərin digər məktəblərə keçidi onlar üçün ağrılı olar .

Digər tərəfdən inanıram ki, Rusiya hökumətində normal düşüncəli insanlar Azərbaycanın əhəmiyyətini dərk edərək rəsmi Bakının baş vermiş təyyarə qəzası ilə bağlı çağırışlarını diqqətə alacaq və lazımı addımları atacaqlar.

Düşünürəm ki, hər hansı məktəbi bağlamaq bizə fayda verməz, əksinə biz təhsilimizi gücləndirmək haqqında düşünməliyik".

Süleyman
Xəbəri paylaş