Anar Məmmədli saxlanılıb
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb. Newscenter.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib. O bildirib ki, A.Məmmədli Barəsində araşdırma....
Ötən həftə azad edilmiş ərazilərdə 159 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb. Bu barədə Newscenter.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank....
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
Aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Newscenter.az xəbər verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam,....
Türkiyədə bu sosial şəbəkə xidməti qapadıldı
Türkiyənin Rəqabət Qurumu Threads sosial şəbəkə hesabının qapadılmasına qərar verib. Newscenter.az quruma istinadən bildirir ki, Meta şirkəti tərəfindən X-ə (Twitter) rəqib olaraq istifadəyə verilən və hazırda dünya səviyyəsində təxminən 150 milyon aylıq aktiv istifadəçisi olan Threads tətbiqi....
Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkar edilib
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avstriya Respublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb. Newscenter.az DGK-ya istinadən bildirir ki,....
Qazaxda mina partlayışı olub, xəsarət alan var
Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib. Bu barədə reporta Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Xəsarət alan şəxsin durumu stabildir.....
Sabah 32 dərəcə isti olacaq
Aprel ayının 30-da Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim....
İrəvandan 2750 zibil qutusu oğurlanıb
Ermənistanın paytaxtı İrəvanda zibil qutuları oğurlanıb. Newscenter.az news.am-a istinadən bildirir ki, İrəvandan dəyəri 257 milyon dram olan 2750 zibil qutusu yoxa çıxıb. “İrəvan “Zibil və Sanitar Təmizlik” İcma Müəssisəsinin 2022-2023-cü illər üzrə fəaliyyətinin öyrənilməsi nəticəsində müəyyən....
Nazim Bəydəmirli: Siyasi məhbus deyiləm və siyasi fəaliyyətimə görə həbs olunmamışam
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəməsi başlayıb. "Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları....
Muğlada zəlzələ oldu
Türkiyədə yenidən zəlzələ olub. Newscenter.az xəbər verir ki, yeraltı təkanlar Egey dənizinə bitişik ərazidə qeydə alınıb. Məlumata görə. zəlzələ Muğla vilayətinin Datça bölgəsində baş verib. Zəlzələnin gücü rixter cədvəli ilə 4,2 bal gücündə olub. Dağıntılar və tələfat barədə məlumat yoxdur.....
Ermənistanda sabiq nazirin 200-ə yaxın əmlakı müsadirə ediləcək
Ermənistan Prokurorluğu Dövlət Gəlirləri Xidmətinin keçmiş sədri Qaqik Xaçatryanın 200-ə yaxın daşınmaz əmlakının müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb. Newscenter.az news.am-a istinadən bildirir ki, Qaqik Xaçatryan müxtəlif vəzifələrdə çalışan zaman, xüsusilə də maliyyə naziri işlədiyi....
İrandan 6 kiloqramdan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının sərhədçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar. Bu barədə Newscenter.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti....
Rusiyada polislə silahlılar arasında atışma olub, ölənlər var
Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb. Newscenter.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin....
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
Füzuli şəhərinə daha 39 ailənin köçü başlayıb. Newscenter.az xəbər verir ki, 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7....
Çevrilişə cəhd zamanı şəhid olan Ömər Xalisdəmirin qardaşı Bakıya gəlib
2016-cı il 15 iyulda qardaş Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı qəhrəmancasına şəhid olan Ömər Xalisdəmirin qardaşı Doğan Xlaisdəmir bu gün Bakıya gəlib. Newscenter.az xəbər verir ki, Heydər Əliyev adına hava limanında onu “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai....
Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub. Newscenter.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində....
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Yanıqlı kəndi ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Newscenter.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin....
Sabah Bakıda 30 dərəcə isti olacaq
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm....
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib. Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib. Müxtəlif qoşun növlərini təmsil edən 9 komanda üzrə 27 hərbi qulluqçu fərdi və komanda....
Zəngilanda silah-sursat aşkarlanıb
Zəngilanda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar....













