Türkiyədə cari il ərzində 6 nəfərdə Qərbi Nil virusu aşkar edilib.
Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, virusun aşkar edildiyi 6 nəfərin müalicəsi ən yüksək davam edir.
Nazirliyin sosial media hesabından edilən açıqlamada Qərbi Nil virusu infeksiyasının virus daşıyıcısı ağcaqanadların dişləməsi ilə bulaşan viral xəstəlik olduğu bildirilib.
Açıqlamada sözügedən xəstəliyin mövsümi olaraq, ümumiyyətlə yay və payızın əvvəlində müşahidə edildiyi və bunlara yer verildiyi ifadə edilib.
Anar Əliyev