Bu il Qazaxıstanda 224 liftin dəyişdirilməsi planlaşdırılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, texniki tənzimləmə və metrologiya məsələləri üzrə komissiyanın növbəti iclasında milli texniki reqlamentlərin hazırlanması, Aİİ texniki reqlamentlərinin keçid müddəaları, habelə dövlət orqanlarının idarələrarası qarşılıqlı fəaliyyəti ilə bağlı əsas məsələlər müzakirə edilib.
Ticarət və inteqrasiya naziri Arman Şakəliyevin sədrliyi ilə keçirilən iclasda köhnəlmiş liftlərin dəyişdirilməsinin zəruriliyi qeyd olunub. Qeyd edək ki, 2025-ci il fevralın 15-dək Aİİ üzvü olan ölkələr pasportda istismar müddəti barədə məlumat olmadığı halda, 25 ildən artıq istismarda olan liftləri dəyişdirməlidirlər.
Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin məlumatına görə, hazırda yerli icra orqanları liftlərin dəyişdirilməsi üzərində işləyir, bu il 224, gələn il isə 300-dən çox liftin dəyişdirilməsi planlaşdırılır.
Mehman Mehdiyev