
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional ticarət marşrutu olacaq.
Newscenter.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan baş nazirinin müavini Bakit Toroboyev məlumat verib.
Müasir dünyanın böhran və təhdidlərlə, geosiyasi fikir ayrılıqları, beynəlxalq gərginlik və qeyri-müəyyənliklərlə dolu olduğu indiki şəraitdə yeni nəqliyyat marşrutlarının yaradılması həyati zərurətdir və bizim birgə layihəmiz - Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu belə bir həll yoluna çevrilir", - deyə Toroboyev bildirib.
O, çıxışında deyib ki, layihənin ümumi dəyəri 4,7 milyard dollardır. 304 kilometrlik marşrut Şərqlə Qərb arasında ən qısa dəmir yolu marşrutu olacaq, Avropa və Yaxın Şərq bazarlarına yüklərin daşınması üçün mühüm nəqliyyat arteriyasını təşkil edəcək.
Qırğızıstan ərazisindəki əsas obyekt olan "Maxmal" yük stansiyası marşrutun mərkəzi elementi olacaq, yüklərin Çin və Özbəkistan arasında etibarlı, fasiləsiz tranzitini təmin edəcək.
Mehman Mehdiyev