Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var


Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

Newscenter.az bildirir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.
Xəbəri paylaş