Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il yeni hava limanlarının tikintisinə başlanılacaq

Gələn il yeni hava limanlarının tikintisinə başlanılacaq


2026-cı ildə Daşkənd, Buxara və Urgençdə yeni hava limanlarının tikintisinə başlamaq planlaşdırılır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin 2026-2028-ci illər üçün fiskal strategiyasında məlumat verilib.

Sənədə əsasən, gələn il Daşkənd, Buxara və Urgençdə yeni beynəlxalq hava limanlarının tikintisi üzrə layihələrin icrasına başlanılması planlaşdırılır.

Bundan əlavə, hökumət ölkədaxili hava sərnişindaşımalarının həcmini ən azı 1,5 dəfə artırmaq və aviasiya xidmətləri bazarında rəqabət mühitinin yaradılması məqsədilə ən azı 6 beynəlxalq aviaşirkəti cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, bundan əvvəl Daşkənd vilayətində yeni hava limanının tikiləcəyi bildirilmişdi. Onun 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Birinci mərhələdə hava limanı ildə 20 milyon sərnişinə xidmət göstərə biləcək. Hazırda investorların təkliflərinə baxılır.

Süleyman
Xəbəri paylaş