Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB Özbəkistanda keçiriləcək festivala dəvət alıb

ATUİAB Özbəkistanda keçiriləcək festivala dəvət alıb


Özbəkistanın Xarici İşlər, Sənaye və Ticarət nazirlikləri, eləcə də Xorəzm Vilayəti Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Qarpız Füstivalı" keçiriləcək.

Bu bnarədə Newscenter.az-a məlumat verən Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) prezidenti Ruslan İmanzadə deyib ki, sözügedən festivalda iştirak etmək üçün rəhbərlik etdiyi qurum da dəvət alıb:

"Avqustun 10-da baş tutacaq festivalda Özbəkistanda yetişdirilən qarpız növləri sərgilənəcək. Növbəti ildə isə ATUİAB olaraq Azərbaycanda yetişdirilən qarpız və yemiş növlərinin festivalda nümayiş etdirilməsinə çalışacaq. Məqsəd Azərbaycan və Özbəkistanın bu sahə ilə məşğul olan kiçik və orta biznes sahibkarları arasında əlaqələri inkişaf etdirməkdir".

Ruslan İmanzadə deyib ki, festival çərçivəsində biznes forumun keçirilməsi də nəzərdə tutulub.

Süleyman
Xəbəri paylaş