
Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü qeyd edilib, xatirə muzeyinin açılışı olub.
Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Samux rayonunun Alıuşağı kəndində Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü münasibətilə tədbir təşkil olunub.
Həmçinin H.Əliyevanın ailəsinin təşəbbüsü ilə kənddə Milli Qəhrəmanın xatirəsinə yaradılan muzeyin açılış mərasimi keçirilib.