
Özbəkistanın Mərkəzi Asiya regionunda vasitəçilik mübahisələrinin həlli üçün regional mərkəzə çevrilməsi üçün müvafiq tədbirlər görüləcək.
Newscenter.az xəbər verir ki, Sinqapur Beynəlxalq Vasitəçilik Mərkəzinin rəhbəri Corc Limin Özbəkistanın Ədliyyə Nazirliyində keçirdiyi görüş zamanı belə fikir ifadə edilib.
Bildirilib ki, Daşkənd Mediasiya Mərkəzində müəyyən beynəlxalq mübahisələr üzrə vasitəçilik işlərinə baxılacaq. Bundan başqa “Tashkent Law Spring” beynəlxalq hüquq forumu çərçivəsində beynəlxalq vasitəçilik həftəsi keçiriləcək.
Səfər çərçivəsində Sinqapur Beynəlxalq Vasitəçilik Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu və yol xəritəsi imzalanacaq.
Qeyd edək ki, Özbəkistanda 2021-ci ildə 4,8 min iş mediasiya yolu ilə həll edildiyi halda, 2024-cü ildə bu rəqəm 7,2 minə çatıb.
Süleyman