Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Trampın xüsusi nümayəndəsi ilə söhbətin təfərrüatları barədə Özbəkistan prezidentinə niyə məlumat verib?

Putin Trampın xüsusi nümayəndəsi ilə söhbətin təfərrüatları barədə Özbəkistan prezidentinə niyə məlumat verib?


Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, liderlər ikitərəfli və beynəlxalq əhəmiyyətli aktual məsələləri nəzərdən keçiriblər.

Rusiya prezidenti avqustun 6-da Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla apardığı danışıqların əsas nəticələri barədə özbək həmkarına məlumat verib.

Yüksək səviyyəli sazişlərin icrası çərçivəsində Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin praktiki aspektləri də danışıqlar zamanı müzakirə olunub.

Süleyman
Xəbəri paylaş