Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda mühüm layihələrin memarı - Əməkdar mühəndis Teymur Mirzəyev

Azərbaycanda mühüm layihələrin memarı - Əməkdar mühəndis Teymur Mirzəyev


Avqustun 11-i Azərbaycanda mühüm layihələrin memarı - Əməkdar mühəndis Teymur Mirzəyevin doğum günüdür. Bu ərəfədə yenidən Teymur Mirzəyevin həyat yoluna nəzər salmaq qərarına gəldik.

Mirzəyev Teymur İsmayıl oğlu 11.08.1927-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Atası İsmayıl Mirzəyev Gəncə şəhərində bəy nəslindən olub və 1937-1938-ci illər ərzində Sovet hökümətiinin repressiya qurbanı olub.

İsmayıl bəyin ailəsi 1959-1960-cı illərdə bəraət qazanıb.

Teymur Mirzəyev Gəncə şəhərində 1948-ci ildə orta məktəbi bitirib və 1954-cü ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə mühəndislik ixtisası üzrə bitirmişdir. 1954-1955-ci illərdə təyinatla Qroznı şəhərinə texniki işçi kimi fəaliyyətə başlamışdır. Daha sonra əmək fəaliyyətinə mühəndis kimi davam etmişdir.

1962-1963-cü illərdə SSRİ neft və qaz sənayesinin nazirliyinin tabeliyində olan Sangəçal tikinti idarəsində mühəndis vəzifəsində işləyib .

1966-ci ildə Nazirliyin Rostov şəhərində yerləşən Cənub neft-qaz kəmərinin tikinti idarəsinin rəisi təyin olunmuşdur.

1970-ci ildə Bakı şəhərində Ümumittifaq Regional cənub neft, qaz, su kəmərləri tikintisi Baş idarəsinin rəisi olmuşdur.

27.09.1970-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən fədakar əməyi və Kür-Abşeron su kəmərinin 1-ci növbəsinin çəkilməsinin müvəffəqiyyətlə başa çatdırılmasına görə 390 nömrəli fərmanla mükafatlandırılmışdır.

Kür-Abşeron su kəmərinin çəkilməsi uğurla bitəndən sonra sonra Uluöndər Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda neft-qaz, su kəmərləri tikintisi Ümumittifaq Cənub regional idarəsi Bakı şəhərində yerləşməsinə nail olmuş və Teymur Mirzəyevi bu idarəyə rəhbər təyin etmişdir.

İdarə Azərbaycanda fəaliyyətə başladığı andan etibarən böyük layihələrdə: Bakı-Batumi neft-qaz kəməri,Bakı-Yevlax-Xankəndi qaz kəməri,Bakı-İran-Naxçıvan qaz boru kəməri və digər boru tikintisi ilə əlaqədar layihələrdə iştirak etmişdir. 1970-1974-cü illərdə Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Yevlax-Gorus-Naxçıvan magistral qaz boru kəmərləri çəkilmişdir. Bu kəmərin çəkilməsində əsas məqsəd Naxçıvanı qazla təmin etmək idi.

1970-ci illər ərzində regional idarə Azərbaycanın bütün bölgələrində (Ağdaş, Qəbələ,Şəki,Balakən,Zaqatala) mavi yanacağın çəkilməsində rolu böyük olmuşdur. Göygöl rayonu ərazisindən Kəlbəcərə qaz kəməri çəkilmişdir.

1975-ci ildə Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycanın böyük layihələrdən biri Haсıqabul rayonunun Atbulaq kəndi ərazisindəki "Kalmaz" Qaz Saxlama Stansiyasının tikintisi Teymur Mirzəyevin rəhbərliyi ilə tamamlanmışdır və Bakı şəhəri daxil olmaqla 40dan çox rayonlara qaz təchizatı təmin edilmişdi.

Rəhbərlik etdiyi regional idarə neft və qaz kəmərlərinin tikinti üzrə ümumittifaq və xarici ölkələrdə Rusiya, Gürcüstan, Ermənistan, İran, İraq, Siriyada olan layihələrdə iştirak etmişdir.

SSSRi və Azərbaycan Respublikası tərəfindən Teymur Mirzəyevin fəaliyyəti dəfələrlə qiymətləndirilmiş və təltif edilmişdir.

13.09.1976-ci ildə SSRi Ali Sovet Rəyasəti heyəti tərəfindən 147 nömrəli fəxri fərmana layiq görülmüşdür.

1980-ci ilin sentyabr ayında Teymur Mirzəyevə və rəhbərlik etdiyi idarə “Qırmızı əmək bayrağı" ordeni təltif edilmişdir.

Mirzəyev Teymur İsmayıl oğlu 1984-cü il iyun ayının 16-da vəfat etmişdir.
Xəbəri paylaş