Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evdə İranın qırmızı xətləri və qara günləri

Ağ Evdə İranın qırmızı xətləri və qara günləri


"İran Məsləhət Şurasının üzvü Vilayəti və Ermənistanda səfir olan Sobhani hələ 2020-ci ildən sonra Azərbaycanın Zəngəzur dəhlizini açmasına "Ermənistanın ərazi bütövlüyü pozula bilməz", "regionda sərhədlər dəyişdirilə bilməz" və s. açıqlamalar verərək Azərbaycanın haqlı olası hərbi-siyasi addımlarının qarşısını aldılar. Halbuki, 10 noyabr 2020-ci məğlubiyyət sənədinin şərtlərində (ilkin) kommunikasiyanın açılması adı altında Zəngəzur açılmalı idi. Lakin İranın açıq və birbaşa dövlət səviyyəsində Azərbaycanı təhdidlərlə dayandırması (sadəcə həmin an üçün bizim plan fərqli idi) illər sonra İrana nələrə səbəb olduğunu görürük".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloüq Əziz Əlibəyli deyib ki, bu gecə Ağ Evdə qırmızı xətlərin bakirəliyinin pozulması İran üçün növbəti qara günlərin əvvəli olacaq:

"Həm də təhdid etdiyi Azərbaycan yox, müqavilə tərəfi Ermənistan və Amerikadır".

Anar Əliyev
Xəbəri paylaş